TƏBİB və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə “Hamı üçün bərabər əlçatanlıq və qanın müxtəlif laxtalanma pozğunluqlarının aşkarlanmasına dair” elmi konfrans keçirilib. Konfransda TƏBİB-in İcraçı direktorun müşaviri Səkinə Sadıxova, Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Davamlı tibbi təhsil şöbəsinin müdiri Emil İskəndərov, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov və digər rəsmi şəxslər iştirak edib. Ümumdünya Hemofiliya Gününə… Read More... "“Hamı üçün bərabər əlçatanlıq və qanın müxtəlif laxtalanma pozğunluqlarının aşkarlanmasına dair” elmi konfrans keçirilib"
Respublika Pediatriya Mərkəzi yaradılıb
Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə görülən işlər çərçivəsində TƏBİB-in tabeliyində Respublika Pediatriya Mərkəzi yaradılıb. Mərkəzin yaradılmasında məqsəd bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması, uşaq əhalisinin müalicə diaqnostika prosesinin vahid mərkəzdə təkmilləşdirilməsi, yeni xidmət növlərinin yaradılmasıdır. TƏBİB-in Müşahidə Şurasının qərarı ilə yaradılan Respublika Pediatriya Mərkəzinə direktor təyinatı olub. Belə… Read More... "Respublika Pediatriya Mərkəzi yaradılıb"
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika Azərbaycanda ilk dəfə HIMSS beynəlxalq akkreditasiya sertifikatını əldə edib
Ölkəmizdə və hətta regionda ilk dəfə olaraq tibb müəssisələri arasında TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika Amerika Birləşmiş Ştatlarının Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyətinin (HIMSS) xəstəxana məlumatlarının idarəedilməsi sistemi üzrə beynəlxalq dərəcəli nüfuzlu akkreditasiya sertifikatını əldə edib. Sertifikat HIMSS-in önəmli qiymətləndirmə modulu hesab olunan Elektron Tibbi Qeydiyyatın Adaptasiyası Modulu (EMRAM) VI səviyyə üzrə təqdim olunub. Qeyd edək ki, sözügedən… Read More... "TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika Azərbaycanda ilk dəfə HIMSS beynəlxalq akkreditasiya sertifikatını əldə edib"
Astara Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində FHN-in müvafiq qurumları ilə birgə tədbir keçirilmişdir.
18 aprel 2024-cü il tarixdə Astara Rayon Mərkəzi Xəstəxanasında TƏBİB-in FHN-nin birgə razılaşmasına əsasən FHN-nin Yanğından Mühafizə Xidməti (DYMX), Dövlət Yanğından Nəzarəti Xidməti (DYNX) və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi (SİTGDMNDA) tərəfindən yoxlama və təlim-məşq keçirilmişdir. Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları kollektivə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə… Read More... "Astara Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində FHN-in müvafiq qurumları ilə birgə tədbir keçirilmişdir."
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) icbari tibbi sığorta sahəsində ictimai iştirakçılığı gücləndirmək, şəffaflığı təmin etmək, qurumun fəaliyyəti barədə məlumat vermək məqsədilə 05 aprel tarixində “Açıq qapı” günü keçirib. Media və vətəndaş cəmiyyəti nümayəndələri Agentlik tərəfindən dövlət tibb müəssisələrində monitorinqlərin aparılması qaydası ilə tanış olublar. Tədbirdə açılış nitqi ilə çıxış edən Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki,… Read More... "Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib"
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
Qlaukoma – el arasında “qara su” kimi tanınan, gözün daxili təzyiqinin artması nəticəsində görmə itiliyinin zəifləməsi ilə müşahidə olunan xronikləşmiş oftalmoloji xəstəlikdir. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə qlaukoma xəstəliyinin diaqnostikası üçün tonometriya, göz dibinin müayinəsi, kompüter perimetriyası, optik diskin OCT (Optik Koherent Tomoqrafiya) müayinəsi, qonioskopiya kimi müayinə metodları daxildir. Xəstəliyin başlanğıcında pasiyentlər bəzən göz önündə dumanlanma, gözlərdə gərginlik, təzyiq çox yüksələrsə gözdə qızartı və… Read More... "Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır"
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınan “Reveos” avtomatlaşdırılmış qan emalı avadanlığı və “Spectra Optia” qan separatoru yüksək standartlara cavab verən qan komponentlərinin hazırlanmasını və pasiyentlərin keyfiyyətli qan komponentləri ilə təminatını həyata keçirəcək. “Reveos” inkişaf etmiş ölkələrin ən qabaqcıl xəstəxanalarında bütöv qanın avtomatlaşdırılmış emalını təmin edən ən müasir tibbi avadanlıqdır. 20 dəqiqə davam edən müddətdə bütöv qandan 3 vahid… Read More... "İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir"
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
16 mart tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub. Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib ki, ambulansların alınmasında məqsəd əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini yaxşılaşdırmaqdır. Qeyd olunub ki, İtaliyanın İveco Daily 35S15/E4 markalı 100 ədəd təcili tibbi yardım avtomobilindən 66-sı… Read More... "Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb"
Astara Rayon Mərkəzi Xəstəxanası PHŞ-də şəhid həkim Fərəməzov Nurlan Əhliman oğlunun xatirə guşəsinin açılış tədbiri keçirildi
09.01.2024-cü il tarixdə Astara Rayon Mərkəzi Xəstəxanası PHŞ-də şəhid həkim Fərəməzov Nurlan Əhliman oğlunun xatirə guşəsinin açılış tədbiri keçirildi.Açılışda xəstəxananın direktoru Oktay Əmənullayev 2-ci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan şəhid həkim Fərəməzov Nurlan haqqında geniş nitq söylədi.Tədbirdə şəhidin ailə üzvləri,qazilər,vetranlar və xəstəxana kollektivi iştrak etdilər.Tədbirdə iştrak edən şəhid ailələri,qazilər və vetranlar fəxri fərmanlarla təltif olundular. Read More... "Astara Rayon Mərkəzi Xəstəxanası PHŞ-də şəhid həkim Fərəməzov Nurlan Əhliman oğlunun xatirə guşəsinin açılış tədbiri keçirildi"