Astara Rayon Mərkəzi Xəstəxanasında həkim-oftalmoloq olmaması səbəbindən uzun müddətdir ki, rayon əhalisi əziyyyət çəkirdi. Əhalinin sağlamlığının qorunması, pasientlərə göstərilən tibbi xidmətlərin daha əlçatan və keyfiyyətli olması Astara Rayon Mərkəzi Xəstəxanası rəhbərliyinin əsas məqsədlərindən biridir. Direktor Oktay Əmənullayev tərəfindən aparılmış uğurlu danışıqların nəticəsidə ölkənin ən məşhur həkim-oftalmoloqlarından biri olan Ruslan Məmmədov 01 avqust 2024 cü il tarixindən etibarən xəstəxanamızda fəaliyyətə başlamışdır. Artıq nəinki rayon əhalisi üçün hətta digər cənub rayonlarından olan pasientlər üçün Astara Rayon Mərkəzi Xəstəxanasında oftalmoloji xidmətlər icra edilir.
Doktorunuzun işi uğurlu, əhalimiz üçün xeyirli olsun. AMİN!