Oktay Əmənullayev
Direktor
11 oktyabr 1974-cu ildə Astara rayon Tuləkuvan kəndində anadan olmuşdur. 1992-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakultəsinə daxil olmuş, 1999-cu ildə oranı həkim-anestezioloq-reanimatoloq ixtisası üzrə bitirmişdir. 1999-2014-cü illərdə Astara RMX-da həkim-anestezioloq-reanimatoloq, 2014-cü ildən Poliklinika şöbəsinin müdiri, 2019-2020-ci illərdə baş həkimin müavini vəzifəsində işləmişdir. 2020-ci ilin 11 mart tarixindən Astara RMX PHŞ-in direktoru vəzifəsində çalışır. Ailəlidir, 4 uşağı var.
Gulnar Muxtarova
Baş Həkim
27.01.1968-ci ildə Astara rayonunda anadan olmuşdur.1975-ci ildə 31 nömrəli dəmir yol məktəbinə gedib.Dəmir yol məktəbi 8 illik olduğu üçün təhsilini Astara şəhər 3 nömrəli orta məktəbdə davam etdirib,1985-ci ildə 10-cu sinifi bitirib.1986-1993-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil almışdır.1993-cu ildən Astara rayon mərkəzi xəstəxanasında həkim-terapevt kimi işə başlamışdır.14.03.2015-ci ildən 04.10.2024 tarixinədək Astara Rayon Mərkəzi Xəstəxanasında poliklinika şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib. 04.10.2024-cü il tarixdən “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə direktorun müavini-baş həkim vəzifəsinə təyin olunmuşdur.
Fuad Rəfiyev
İnzibati işlər üzrə müavin
Fuad Rəfiyev 23.03.1980-cı ildə Astara rayonunun Kijəbə qəsəbəsi Ojakəran kəndində anadan olub.1997-ci ildə Burzubənd kənd orta məktəbində təhsilini fərqlənmə ilə başa vurub.1997-2001-ci illərdə Bakı Dövlət Universitetində bakalavr pilləsi üzrə ixtisas: Mexanika-Riyaziyyat üzrə fərqlənmə .2001-2003-cu illərdə Bakı Dövlət Universitetində magistr pilləsi üzrə ixtisas: Funksinal analiz. 2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda aspirantura pilləsi üzrə ixtisas: Riyazi analiz. 2010-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Distant təhsil üzrə ixtisas: Maliyyə və kredit.30.12.2003-30.12.2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu vəzifə: Elmi işçi. 07.07.2009-19.10.2016-cı illərdə Zaminbank ASC, Astara Filialı vəzifə: Baş mühasib.01.11.2016-31.01.2019-cu illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirliyi Astara rayon Kənd Təsərrüfatı İdarəsi vəzifə: Baş mühasib. 09.09.2019-17.01.2022-ci illərdə Astara rayon İcra Hakimiyyəti vəzifə: Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini. 17.03.2023-cu il tarixdən Astara Rayon Mərkəzi Xəstəxanası Publik Huquqi Şəxs inzibati işlər üzrə direktor muavini kimi fəaliyyət göstərir.
Rafail Abdullayev
Direktor Köməkçisi
11.07.2001-ci ildə Astara şəhərində anadan olub. 2007-2018-ci illərdə Astara şəhər Ceyhun Babayev adına 3 saylı tam orta məktəbdə orta təhsil alıb. 2018-2022-ci illərdə Lənkəran Dövlət Universitetində bakalavr pilləsi üzrə ixtisas: İqtisadiyyat və İdarəetmə üzrə başa vurub. 14.10.2022-cü il tarixindən “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Direktor Köməkçisi vəzifəsində fəaliyyət göstərir.
Hamlet Əliyev
Ümumi şöbənin müdiri
17.05.1968-ci ildə Astara şəhərində anadan olub.1975-1985-ci illərdə Astara şəhər 3 saylı tam orta məktəbdə orta təhsil alıb. 1986-1988-ci illərdə Sovet ordusu sıralarında xidmət keçib. 1990-1993-cü illərdə Əlibayramlı Sənaye Texnikomunun avtomobil yollarının istismarı fakültəsini bitirib. 1994-1996-cı illərdə Azər Avtoyol DŞ-nın Astara İran Məntəqəsində inspektor vəzifəsində fəaliyyət göstərib. 2000-2004-cü illərdə Azərbaycan Beynəlxalq Universitetinin Gömrük işinin təşkili və Ərazi İdarəetmə fakültəsini bitirib. 1997-2019-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük idarəsinin yük şöbəsində inspektor vəzifəsində fəaliyyət göstərib. 2019-2021-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük idarəsinin Qırmızı körpu gömrük idarəsində inspektor vəzifəsində fəaliyyət göstərib. 13.07.2021 tarixindən “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Ümumi şöbənin müdiri vəzifəsində fəaliyyət göstərir. Ailəlidir 3 oğlu var.
Natiqə Süleymanova
İnsan Resursları şöbəsinin müdiri
10.06.1996-cı il tarixində Astara rayon Səncərədi kəndində anadan olub. 2001-2013-cü illərdə Astara rayon Səncərədi kənd E.Ağayev adına tam orta məktəbində orta təhsil alıb. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr pilləsi üzrə ixtisas: Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi üzrə başa vurub. 2018-2020-ci illərdə Azərbaycan Texniki Universitetində magistr pilləsi üzrə ixtisas: Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi Şəbəkələr, rabitə sistemləri və informasiyanın paylanması ixtisaslaşması üzrə fərqlənmə ilə başa vurub. 01.10.2020-01.03.2024-cü illərdə “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin İnsan Resursları şöbəsində mütəxəssis vəzifəsində fəaliyyət göstərib. 01.03.2024-cü il tarixindən “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin İnsan Resursları şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərir.
Yusifli Rəşadət
Dəstək Xidmətləri şöbəsinin müdiri
20.08.1997-ci ildə Astara rayon Vəznəş kəndində anadan olub.2002-2014-cü illərdə Astara rayon Şuvi kənd tam orta məktəbində orta təhsil alıb.2014-2018-ci illərdə Lənkəran Dövlət Universitetində bakalavr pilləsi üzrə ixtisas: Komputer Elmləri üzrə başa vurub. 05.07.2018-01.07.2019-cu illərdə Azərbaycan Respublikası Ordusunda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olub. 15.07.2020-ci il tarixdə Azərbaycan Dəmir Yolları Yuk Daşıma Departamenti Yuk və Kommersiya Xidmətinin Astara sahəsi üzrə təcrübəçi kimi fəaliyyətə başlayıb. 27.09.2020-ci ildə Vətən Müharibəsi başlayan zaman könüllü olaraq 2-ci Qarabağ döyüşlərinə qatılıb. Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. 02.04.2021-28.11.2022-ci il tarixinədək Azərbaycan Dəmir Yolları Yuk Daşıma Departamenti Yuk və Kommersiya Xidmətinin Astara sahəsi üzrə faliyyət göstərib. 29.04.2022-18.02.2024-cü il illərdə “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Dəstək Xidmətləri şöbəsində İnformasiya Texnologiyaları üzrə mütəxəsis vəzifəsində fəaliyyət göstərib. 19.02.2024-cü il tarixindən “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Dəstək Xidmətləri şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərir.
Qasımova Səbinə
Xəstə Xidmətləri şöbəsinin müdiri
29.11.1987-ci il tarixində Astara şəhərində anadan olub. 1993-2004-cü illərdə Astara şəhər 1 saylı tam orta məktəbində orta təhsil alıb. 2004-2009-cü illərdə Azərbaycan Beynəlxalq Universitetində bakalavr pilləsi üzrə ixtisas: İbtidai Təhsilin Pedaqoqika və Metodikası üzrə başa vurub. 2013-2021-ci illərdə Astara Rayon Mərkəzi Xəstəxanasında baş komputer operatoru kimi fəaliyyət göstərib. 2021-2024-cü illərdə “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində Xəstə Xidmətləri Şöbəsinin Qeydiyyat Bölməsinin müdiri vəzifəsində fəaliyyət göstərib. 28.02.2024-cü il tarixdən “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Xəstə Xidmətləri Şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərir. Hal-hazırda komputer sistemləri və kompleksləri ixtisası üzrə təhsilini davam etdirir