İcbari tibbi sığortadan necə istifadə etmək olar?
Hörmətli vətəndaş!
Bütün ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. Tibbi xidmətə ehtiyacınız yarandığı təqdirdə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etməyiniz kifayətdir.
Xidmətlər Zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.
İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar aşağıdakı xidmətləri əldə edə bilərlər:
İlkin tibbi-sanitariya yardımı
Təcili təxirəsalınmaz tibbi xidmətlər
İxtisaslaşdırılmış ambulator tibbi xidmətlər
Fizoterapiya xidmətləri
Laboratoriya xidmətləri
Stasionar terapevtik tibbi xidmətləri
Cərrahi tibbi xidmətlər