18 aprel 2024-cü il tarixdə Astara Rayon Mərkəzi Xəstəxanasında TƏBİB-in FHN-nin birgə razılaşmasına əsasən FHN-nin Yanğından Mühafizə Xidməti (DYMX), Dövlət Yanğından Nəzarəti Xidməti (DYNX) və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi (SİTGDMNDA) tərəfindən yoxlama və təlim-məşq keçirilmişdir. Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları kollektivə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat vermişdir. Sonra təlimin praktiki hissəsinə start verilib. Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar.Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub. Bundan sonra FHN əməkdaşları ilə birgə xəstəxanaya məxsus avadanlıqlara baxış keçirilmiş, mövcud çatışmamazlıqlara bağlı fikir mübadiləsi aparılmış onların həllinin müzakirəsi və birgə aradan qaldırılması istiqamətində fəaliyyət planı hazırlanmışdır.