30 iyul 2024-cü il tarixdə Astara Rayon Mərkəzi Xəstəxanasında Astara rayon Təxtənəkaran kənd sakini şəhid anası Tünzalə İbrahimova Qeysəriyyə kəsiyi əməliyyatı ilə dunyaya oğlan uşağı gətirmişdir. Belə ki, Tünzalə İbrahimova hamiləliyinin ilkin dövrundə qeydiyyata göturulmuş, son günə qədər həkim-ginekoloqların nəzarətdə saxlanılmışdır. Hamiləlik fəsadlı keçdiyindən hamiləlik müddətində 2 dəfə stasionar şəraitdə mualicə olunmuş, tibbi göstəriş əsasında hamiləliyin 37-38-ci həftəsində Qeysəriyyə əməliyyatı həyata keçirilmişdir.
Hazırda həm ananın həm də yenidoğulmuşun vəziyyəti yaxşıdır. Müayinə və malicə tədbirləri davam etdirilir. Xatırladaq ki, Tünzalə İbrahimova 2 il bundan əvvəl də xəstəxanamızda Qeysəriyyə əməliyyatı olunmuş, qız uşağı dünyaya gətirmişdi.