“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) icraçı direktoru Vüqar Cavanşir Qurbanovun 4 oktyabr 2024-cü il tarixli 18-1/3-1-1964/2024 saylı əmrinə əsasən Gülnar Mirağa qızı Muxtarova 4 oktyabr-2024-cü il tarixdən “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə direktorun müavini-baş həkim vəzifəsinə təyin olunmuşdur.
08 oktyabr 2024-cü il tarixdə “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Oktay Xalıq oğlu Əmənullayev tərəfindən Muxtarova Gülnar Mirağa qızı kollektivə təqdim edilmişdir. Muxtarova Gülnar Mirağa qızı 1986-1993-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil almışdır.1993-cu ildən Astara rayon mərkəzi xəstəxanasında həkim-terapevt kimi işə başlamışdır.14.03.2015-ci ildən 04.10.2024 tarixinədək Astara Rayon Mərkəzi Xəstəxanasında poliklinika şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.