26.04.2024-cü il tarixdə Astara rayon Heydər Əliyev Mərkəzində Ak.Zərifə xanım Əliyevanın 101 illiyi münasibəti ilə Astara RMX PHŞ-in kollektivi tərəfindən geniş tədbir keçirildi. Tədbirə rayon icra hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin əməkdaşları da dəvət edilmişdi. Tədbirin əvvəlində ümummilli liderimiz Heydər Əliyevin, Ak.Zərifə xanım Əliyevanın və torpaqlarımızın azad olunması yolunda canını qurban vermiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sukutla yad edildi.
Tədbirdə məruzəçi kimi çıxış edən Astara Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Oktay Əmənullayev hörmətli akademikin həyatı, təhsili tibbi fəaliyyəti, elmi fəaliyyəti, ictimai fəaliyyəti haqqında geniş məruzə etdi. Onun ümummilli liderimiz Heydər Əliyevin və qalib prezidentimiz İlham Əliyevin həyat və fəaliyyətində dəyərli rolundan söhbət açdı. Eyni zamanda onun həyat yoldaşı Heydər Əliyevin 1993-cü ildə 2-ci dəfə hakimiyyətə gələrək tamamilə dağılmış Azərbaycanı birləşdirməsini və oğlu İlham Əliyevin 30 ildən çox düşmən tapdağı altında olan ərazilərimizi geri qaytarmasını, ölkəmizin ərazi bütövlüyünü bərpa etməsini xüsusi vurğuladı.
Tədbirdə xəstəxanamızın poliklinika şöbəsinin müdiri Gulnar Muxtarova, həkim-travmatoloq Cahangir Əliyev, həkim-dermatoveneroloq Fuad Səmədov, Astara Rayon İH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini Mərasim Hacıyev də görkəmli həkim-oftolmoloq Zərifa xanım Əliyeva haqqında nitq söyləyərək iştirakçılara dəyərli məlumatlar verdilər.