Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Hematologiya və Transfuziologiya Mərkəzi, Mərkəzi Qan Bankı, “Astara Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Astara rayonunda növbəti qan vermə aksiyası keçirilib.
Astara Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyada xəstəxanda çalışan işçilər və Rayon Polis Şöbəsinin əməkdaşları, eləcədə rayon sakinləri könüllü iştirak ediblər.
Respublika Mərkəzi Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları müəyyən edilən donorlardan toplanan qan ehtiyatı talassemiya uşaqları, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaq.